Əski un çuvalın çırpdıqca toz qopar.

Lit. How long one shakes a fur-coat out, so much it will be dust out of it. Сколько ни бей старую шубу, пыли из неё не вывести.
Əski pambıq bez olmaz.*
əsl (bütün yaxşı keyfiyyətlərə malik olan)
OBASTAN VİKİ
Toz
Toz — orqanik və ya mineral mənşəli xırda bərk hissəcik. Tozlar - orta diametrli mikro hissəciklərə və diametri 0.1 mm. olan makro hissəciklərə bölünür. Hər hansı bir materialı toz halına keçirtdikdə daha toz hissəcikləri, yəni diametri 0.1–5 mm-ə çatan toz hissəcikləri yaranır. Rütubət təsir etdikdə toz adətən palçığa çevirilir. Atmosferdə tozun miqdarı iqlimə böyük təsiri göstərir. Toz hissəcikləri qlobal istiləşmənin nəticələrini yumşaldaraq günəş radiasiyasının bir hissəsini udur. Həmçinin toz hissəcikləri kondensasiyanın nüvəsi olaraq buludların formalaşmasında iştirak edir.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Toz qasırğası
Güclü külək vasitəsilə böyük miqdarda torpaq hissəciklərinin və qumun sovurulub aparılmasıdır. Torpaq qasırğası bəzən milyon tonlarla tozu uzaq məsafəyə aparıb əkinlərin üzərinə tökür, yararlı torpaqları, bitkiləri məhv edir. Çöllərdə qoruyucu meşə zolaqları salmat və s. aqrotexniki tədbirlərə toz qasırğası ilə mübarizə aparılır.
Yuyucu toz
Yuyucu toz ― paltarların əllə və ya paltaryuyan maşında yuyulması üçün nəzərdə tutulmuş tozlu yuyucu vasitə. Məişət kimyəvi maddələrinə aiddir. Sabun tərkibli — sabun və qələvi duzların qarışığı, yalnız pambıq və kətan parçaları 40 ° C temperaturda yumşaq suda yumaq üçün nəzərdə tutulmuşdur. Sintetik (tərkibində sintetik səthi aktiv maddələr olan) — suyun sərtliyinə, temperaturuna, turşuluq dərəcəsinə və parça növünə görə çox yönlü olması ilə fərqlənir. Qələvi — suyun sərtliyini azaltmaq, çamaşırları islatmaq və qaynatmaq üçün istifadə olunur. Müasir yuyucu tozların tərkibində anion və qeyri-ion səthi aktiv maddələr, soda, natrium silikat (toza qələvilik əlavə edir və tozu qranullara bağlayır), həmçinin seyreltici kimi duz balastı (adətən natrium sulfat (təxminən 40%) var. paltaryuyan maşında hər yuma üçün 150 q dozada konsentratsız yuyucu toz) və ya daha az tez-tez natrium xlorid) 5% −10% -dən çox olmayan miqdarda. Həmçinin, yuyucu tozların tərkibində digər komponentlər də ola bilər: kationik səthi aktiv maddələr, kimyəvi və optik parlatıcılar, ətirlər, kalsium və maqnezium ionlarını birləşdirən maddələr: (natrium tripolifosfat) seolitlər, sitratlar, Trilon B). Tozun tərkibində həmçinin fermentlər, sabun, tozun özünə gözəl rəng vermək üçün rəng qatqıları və çirkin səthə çökməsinin qarşısını alan maddələr ola bilər. Yuyucu toz məhlulunun pH səviyyəsini müəyyən edilmiş hədlərdə saxlamaq üçün onun tərkibinə müvafiq əlavələr, ən çox limon turşusu daxil edilə bilər.
Şəki (əski)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Əski türkcə
Qədim türk dili, Türk yazı dilinin ilk dövrəsidir. Bu dövrdə türk dilinin şivə, ləhçə kimi budaqlara ayrılmadığı qəbul edilir. Bu dövr, Göytürklər, Uyğurlar və Qaraxanlılar dövrünün bir hissəsi (13-cü əsrə qədər) olmaq üzrə təxminən səkkiz əsrlik dövrü əhatə edir; 8-ci əsrdən 13-cü əsrə qədərki dövrdür. Qədim türkcə dövründəki Türkcənin bu günə görə bir çox fərqli tərəfi vardır. Bunlardan bir qismi bunlardır: "Edgü">> "iyi": Söz içində olan / d / səsi zamanla / y / səsinə çevrilmişdir. (Nümunə: edər> eđer> eyer; kadgu> kađgu> kaygu> qayğı) "Beg"> "beğ"> "bəy": Sözlərin sonunda olan / g / səsləri çoklukla / y / səsinə çevrilmişdir. "Tag"> "dağ": Söz başındakı / t / Orxon əlifbasında "" ilə göstərilən T səsləri Oğuz qrupunda yumuşayarak / d / səsinə çevrilmişdir. Bu ankı məlumatlarla Türkcənin ən köhnə yazılı mətni Orxon abidələri olaraq qəbul edilməkdədir. Orxon abidələri, Qədim türkcə dövrünə aiddir; bu dövrdə edilmişlər. Çünki Hunlar dövründə də bir "Hun dili" var idi.
Əski İqriq
Əski İqriq və ya Əski İqrığ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Əski İqrığ oyk, mür. Quba r-nunun Quba şəhər i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim əski (köhnə, qədim) və İqrığ (kənd adı) komponentlərindən düzəlib "köhnə İqrığ kəndi" deməkdir. Kənddə beşulduzlu "Quba Palace Azerbaijan"' oteli fəaliyyət göstərir.[1] Otelin tikintisinə 2011-ci ilin aprelində başlanmış, açılışı 20 dekabr 2013-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri və ərazisi 68 hektar olan qolf sahəsi də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Əski əlifba
Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الف باسی‎, fars. الف با ترکی‎ alefbâ-i torkî) və həmçinin Əski əlifba (az.-əski. ابجد‎) — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir. == Əlifba == Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür.
Ko Un
Ko Un— (kor. 고은; 1 avqust 1933, Günsan[d], Yaponiya imperiyası) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi == Həyatı == Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir. 1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir. 1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
UN-SPIDER
UN-SPIDER (United Nations Platform for Space-based Information for Disaster Management and Emergency Response) (azərb. Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platforması‎) ― hədəfi kosmos əsaslı məlumatlara və fəlakətlərin idarə olunması məlumatlarına universal girişi təmin etməkdir. Fəlakətləri idarəetmə mərkəzləri ilə kosmik komitələr arasında bir körpü rolunu oynayır. 14 dekabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə qurulan UN-SPIDER-in missiyası "bütün ölkələrə və regional və beynəlxalq təşkilatlara giriş imkanı verən və fəlakətlə əlaqəli bütün kosmik məlumat sistemlərinin tutumunu artırmaqdır". Vyananın xaricində (UNOOSA-nın baş ofisi olduğu yer) Almaniya (Bonn) və Çində (Pekin) ofisləri mövcuddur. Vyana Bonn UN-SPIDER Bonn ofisi 2007-ci ilin oktyabrında Almaniyanın Texnologiya və İqtisadiyyat Nazirliyinə (BMWi) və Almaniya Kosmik Mərkəzinə (DLR) dəstək olmaq üçün yaradılmışdır. Bonn ofisinin vəzifələri, bütün müvafiq məlumatların fəlakətlərin idarə edilməsi və fövqəladə hallar və humanitar yardım təşkilatları üçün asan və əlçatan etməsidir. Pekin Pekin ofisi 9 noyabr 2010 tarixində fəaliyyətə başlamışdır. SpaceAid Sosial dəstək və potensialın artırılması Horizontal təşkilat Texniki Məsləhət Dəstəyi Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine İqlim dəyişikliyi ilə təbii fəlakətlərə qarşı həssaslıq artır və eyni zamanda bunun dünya əhalisinin üzərinə təsir dərəcəsi də sürətlə artır. Zəlzələlər, daşqınlar, qasırğalar və digər təbii fəlakətlər cəmiyyətə böyük ziyan vurur və milli iqtisadi sistemə əlavə böyük bir yük verir.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.
Əski-Saray (məscid)
Əski-Saray (krımtat. Eski Saray, Köhnə saray) — keçmiş məscid, XIV əsrin krım-tatar arxitekturasının abidəsi, Krımda yerləşən ən qədimi məscidlərdən biri. Məscid Simferopol rayonunun Pioner kəndində yerləşir. Məscid Salqir çayının vadisində yerləşmişdir. Əski-Sarayın yox olmuş qəsəbəsinin yerində inşa edilmişdir. Əvvəllər burada məsciddən başqa, həmçinin zərbxana və saray (sonuncu adını qəsəbəyə vermişdir) fəaliyyət göstərirdi. Məscid Qızıl Orda ulusu zamanında dağılmışdır. 1923-cü ildə məscidi professor P. V. Nikolski tədqiq etdi. Onun yazılarına əsasən, o zaman məscidi günbəz bəzəyirdi. Həmin günbəz bizim dövrümüzə qədər gəlib çata bilməmişdir.
Əski Bağdad (Bükan)
Əski Bağdad (fars. اسكي بغداد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 325 nəfər yaşayır (61 ailə).
Əski monqol əlifbası
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
"Sədərək" un dəyirmanı
Kim Un-Mi
Kim Un-Mi (d. 17 noyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Un-Mi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li San-Un
Li San-Un (d. 5 mart 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li San-Un Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Li San-Un Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Li San-Un Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Nam Un-Yon
Nam Un-Yon (d. 20 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Nam Un-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
O San-Un
O San-Un (13 aprel 1977, Tequ) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. O San-Un Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. O San-Un Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra O San-Un Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub.
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Python-un tarixi
Python proqramlaşdırma dili 1980-ci illərin sonlarında Qvido van Rossum tərəfindən yaradılıb və onun tətbiqinə 1989-cu ilin dekabrında Hollandiyadakı Riyaziyyat və İnformatika Mərkəzində müstəsna vəziyyətləri emal edən və Amoeba əməliyyat sistemi ilə qarşılıqlı əlaqə qura bilən ABC dilinin davamçısı kimi başlanmışdır. Van Rossum Python-un əsas müəllifidir və onun Python-un istiqamətini müəyyənləşdirməkdə davam edən mərkəzi rolu Python icması tərəfindən ona verilən adda (ömürlük xeyirxah diktator) əks olunur. Lakin Van Rossum 12 iyul 2018-ci ildə istefa verdi. Python adını BBC televiziya şousu "Monty Python's Flying Circus"dan almışdır. Python 2.0 16 oktyabr 2000-ci ildə, yaddaşın idarə edilməsi, Unicode dəstəyi və dövri işləyən tullantı toplayıcısı (istinadların hesablanmasına əlavə olaraq) daxil olmaqla bir çox əsas yeni xüsusiyyətlərlə buraxıldı. Bununla belə ən vacib dəyişiklik daha şəffaf və icma tərəfindən dəstəklənən prosesə keçidlə birlikdə tərtibat prosesinin özündə baş verdi. Böyük, geriyə uyumlu olmayan versiya olan Python 3.0 uzun müddət sınaqdan keçirildikdən sonra 3 dekabr 2008-ci ildə buraxıldı. Onun əsas xüsusiyyətlərinin bir çoxu geriyə uyğun, lakin indi dəstəklənməyən Python 2.6 və 2.7-yə də əlavə edilmişdir.